Əfqanıstanda hərbçilər, arxiv şəkli

NATO sülhməramlı heyətinə hücum oldu, ölənlər var

196
(Yenilənib 19:35 05.08.2018)
Əfqanıstanda kamikadze NATO sülhməramlı heyətini partladıb

BAKI, 5 avqust — Sputnik. Əfqanıstanın şərqində terrorçu-kamikadze NATO-nun "Qətiyyətli dəstək" sülhməramlı heyətinə hücum edib. 

Sputnik Azərbaycan xəbər verir ki, hücum nəticəsində heyətin 3 üzvü həlak olub. 

Məlumata görə, partlayış nəticəsində həmçinin bir amerikalı və iki əfqan əsgəri yaralanıb.

196
Teqlər:
əfqan əsgəri, terrorçu-kamikadze, terror aktı, "Qətiyyətli dəstək" sülhməramlı heyəti, NATO, Əfqanıstan
Əlaqədar
Qonşuda terror - ölən və yaralananlar var
Hərbçilərə qarşı terror hücumunun qarşısı alınıb
Rəsmi Tehran Gəncədə baş verən terror aktı və "İran izi" ittihamına reaksiya verdi
Pakistanda terror 132 can aldı

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

10
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

10

Qaxda məzun ağır yol qəzası törətdi: ölən yaralananlar var

1992
(Yenilənib 23:29 15.06.2021)
"Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən və içi sərnişinlə dolu olan "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

BAKI, 15 iyun - Sputnik. Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilinin 17 yaşlı sürücüsü, orta məktəbdən yenicə məzun olmuş Cəfər Cəfərov ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. "Daewoo"dakı digər 3 sərnişinin də məzun olduğu bildirilir.

Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bakıda baş verən yol qəzasında isə yeniyetmə xəsarət alıb

Bu gün Bakının Xətai rayonu ərazisində də xəsarətlə nəticələnən yol qəzası olub.

Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

1992
Təcili yardım avtomobili

Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

0
(Yenilənib 10:38 16.06.2021)
Milli Məclisin (keçmiş Ali Sovet) sabiq istiqlalçı deputatı İbrahim İbrahimli xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

BAKI, 16 iyun — Sputnik. Milli Məclisin (keçmiş Ali Sovet) sabiq deputatı İbrahim İbrahimli dünyasını dəyişib. Bu barədə onun kürəkəni, tanınmış politoloq Toğrul İsmayıl öz Facebook səhifəsində məlumat verib. 

"Dəyərli dostlar. Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiqlalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir.
Allah rəhmət eləsin! Bütün sevənlərinin, dostlarının və qohumlarının başı sağ olsun", - Toğrul İbrahimli yazıb.

T.İsmayılın sözlərinə görə, İ.İbrahimlidə xərçəng xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan deputat seçilib.

0