Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tanınmış azərbaycanlı jurnalistin qətlinə dair rəsmi bəyanat yayıldı

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidЦветы у Дома журналиста в память о троих убитых в Центральноафриканской Республике журналистах
Цветы у Дома журналиста в память о троих убитых в Центральноафриканской Республике журналистах - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN Afrikada öldürülən jurnalistlərin qətlinin səbəblərini açıqlayıb

BAKI, 3 avqust — Sputnik. Mərkəzi Afrika Respublikasında (MAR) Rusiyadan olan jurnalistlər qarət məqsədilə öldürülüb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

"Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalistlərə hücumda məqsəd avtomobilin də ələ keçirilməsi daxil olmaqla, qarət olub" — deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur.

Verilən məlumata görə, qətlə yetirilmiş jurnalistlərin cəsədləri bu gün Moskvaya gətiriləcək.

Qeyd edək ki, iyulun 31-də Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən jurnalistlərə axşam saat 6 radələrində 10 nəfər hücum edib. MAR-da vəziyyətin sabitləşməsi üzrə BMT missiyasından bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibutadan 33 kilometr şimalda tapılıb.

Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı jurnalistin qətli parlamenti ayağa qaldırdı

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb və cinayətin araşdırılmasında MAR-dan olan həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, onları blokpostda saxlayıblar və daha sonra ölüm xəbərləri gəlib.

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.

Xəbər lenti
0