Saxlanılan qadın, arxiv şəkli

Bakı sakinlərini 30 ildir zəhərləyən ailəyə basqın: "Damdayatan"ın məşhur qızları tutuldu

23367
(Yenilənib 16:09 02.08.2018)
Narkotik tacirləri sevimli ailə bizneslərinə 7 yaşlı uşağı da ortaq ediblərmiş...

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə 30 ildən artıqdır yaşayan ailənin narkotik kartelinə əl qoyublar. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar — 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. "Kubinka"nın hər bir sakini bacıların nə işlə məşğul olduğunu bilib. Lakin bu bacı qruplaşmasını zərərsizləşdirmək elə də asan olmayıb.

Burada hamı onları "Damdayatan Nizam"ın qızları çağırırlar. Onların atası Nizam Quliyev də keçmişdə narkotik alverçisi olub və hazırda həyatda deyil. Narkotik alveri peşəsi bu qızlara babalarından qalıb. Nizam Quliyevin atası da məşhur narkotacir imiş. Nizam Quliyev narkotikləri satmaqla yanaşı, həm də onu qəbul edirmiş. Narkotikləri qəbul edəndən sonra o, yay aylarında sərin olan dama yatmağa gedirmiş. Elə "Damdayatan" ləqəbi də burdan yaranıb.

Qızların nənələri Məsmə Quliyeva da narkotik ticarəti ilə məşğul olub. Bu prosesə Məsmə Quliyevanın Əli adlı kürəkəni (qızının əri) və Şəms Səmədovanın əri Azər Səmədov da qoşulub. Onlar malı Lənkərandan və digər rayonlardan gətirirmişlər.

"Bu ailə az adamı məhv eləməyib. Hüquq-mühafizə orqanlarına bacıların daimi müştərilərinin artıq dozadan öldüyü barədə hallar məlumdur. Asayiş keşikçiləri ara-sıra ailə üzvlərini tutsalar da, onlar məhkəmə orqanlarını aldada və azadlığa çıxa biliblər" — deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Yeri gəlmişkən, Şəms Səmədova bu yaxınlarda DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 50 qram heroinlə tutulub. Lakin məhkəmə onun himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq qadına şərti cəza verib. Bu işdə Səmədovanın müraciət etdiyi vəkillərin də rolu az olmayıb. Lakin azadlığa çıxan kimi, o, köhnə peşəsinə qayıdıb.

Bununla yanaşı, qadının sayəsində azadlığa çıxdığı 7 yaşlı oğlu da narkotik ticarətinə cəlb edilib. Anası ondan kuryer kimi istifadə edib və bu yolla öz oğlunun həyatını təhlükə altına atıb.

Qeyd edək ki, son 4-5 il ərzində Azərbaycanda "spays" qarışığının satışı halları artıb. Bu qarışıq respublikanın ayrı-ayrı bölgələrinə, xüsusən də paytaxta Hacıqabul rayonundan yayılır. Bu rayonun sakinləri qazanc dalınca Rusiyaya gedirlər və oradan respublika ərazisinə "spays" gətirirlər.

23367
Teqlər:
"Damdayatan Nizam", spays, Səmədova Şəms Nizam qızı, Quliyeva Lamiyə Nizam qızı, qız, bacı, narkotik, ailə, Kubinkada, Nəsimi rayon Polis İdarəsi
Əlaqədar
Astara sakini narkotiki sata bilmədi
Astara sakinindən 125 kiloqram narkotik götürüldü
Gömrükdə yoxlanıldı, qarnında “narkotik anbarı” tapıldı
Əli Həsənov: “Narkotikin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib”
Narkofermer və heroin alverçisi ələ keçdi
Narkotik satışına dair şok faktlar açıqlandı
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

16
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

16
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

43
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

43
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

0
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

 

0