Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Müəmmalı şəkildə yoxa çıxan xanəndənin meyiti Qarabağ kanalından tapıldı

© Sputnik / Ilham MustafayevQarabağ kanalı
Qarabağ kanalı - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib

BAKI, 2 avgust — Sputnik. Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb. Sputnik Azərbaycan Azvison.az-a istinadla xəbər verir ki, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib.

Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.

Xəbər lenti
0