Tacikistan Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşları

Hərbçilərə qarşı terror hücumunun qarşısı alınıb

20
(Yenilənib 17:29 01.08.2018)
Xüsusi əməliyyat fevral ayında keçirilib

BAKI, 1 avqust — Sputnik. Tacikistanda İslam Dirçəlişi Partiyasının terrorçu qolu zərərsizləşdirilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tacikistan Dövlət Təhülkəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr üzrə Mərkəzi məlumat yayıb.

Xüsusi əməliyyat fevral ayında keçirilib. Həmin vaxt 14 nəfər saxlanılıb. Məlumata əsasən, saxlanılan şəxslər Novruz bayramı zamanı ölkədə terror aktları həyata keçirməyi planlaşdırıb. Bundan əlavə Düşənbədə olan 201 nömrəli Rusiya hərbi bazasında da hücum planlaşdırılıb.

Bütün bu təfərrüatları bu gün həyata keçirilən məhkəmə prosesində bilinib. Həbs olunan şəxslərin hamısı muzdluluqda, ekstremist təşkilatın fəaliyyətinin təşkil olunmasında, dövlət sərhədini qeyri-qanuni keçməkdə, həmçinin terrorizmdə ittiham olunur.

Düşənbə məhkəməsi terrorçu təşkilatın qurucuları Fəxrəddin Qulov və Mahmudcan Azamovu 26 il müddətinə, digər şəxsləri isə 7 il müddətinə azadlıqdan məhrum edib.

20
Teqlər:
Tacikistan, Düşənbə, Fəxrəddin Qulov, Mahmudcan Azamov, Tacikistan Dövlət Təhülkəsizlik Xidməti, İslam Dirçəlişi Partiyası, Düşənbə məhkəməsi, Novruz bayramı, Terror aktı
Əlaqədar
DTX-dan növbəti əməliyyat, daha bir terrorçu zərərsizləşdirildi - VİDEO
İcra başçısına qarşı sui-qəsd planlaşdırmış terrorçu məhv edilib
Yaxın Şərq dəhşətli terrorla silkələndi
Rəsmi Tehran Gəncədə baş verən terror aktı və "İran izi" ittihamına reaksiya verdi

Baş Prokurorluq bıçaqlanan polis serjanti ilə bağlı məlumat yayıb

344
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 31 iyul - Sputnik. İyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Respublika Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Həmçinin oxuyun:

Deputatın polisi döyməsi faktına görə cinayət işi açılıb

Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

344

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə yola düşür

471
Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

BAKI, 31 iyul - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb.

Hazırda FHN-in yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır.

Qeyd edək ki, son 3 gündə Türkiyədə 85 yerdə meşə yanğını qeydə alınıb. Bu yanğınlardan 75-i artıq nəzarət altına alınıb. Yanğın nəticəində 6 nəfər dünyaını dəyişib. Türkiyəyə yardım məqsədi ilə müxtəlif ölkələr təyyarələr göndəriblər.

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir

471

Ölkədə vaksinasiya ilə əlaqədar vəziyyət açıqlanıb

0
(Yenilənib 23:31 31.07.2021)
Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2880131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2092231 təşkil edir.

BAKI, 31 iyul — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86790 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4972362, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2880131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2092231 təşkil edir.

Azərbaycanda peyvəndləmə prosesi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Koronavirus bəlası

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

0