Qəza

Hacıqabuldakı dəhşətli yol qəzası ilə bağlı rəsmi məlumat yayıldı

212
Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub

BAKI, 1 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə  görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb. 

Daha əvvəl verilən xəbərə görə, qəza əticəsində BMW minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Onların yaxın qohum olduğu bildirilir. 

212
Əlaqədar
Piyadalar yolda qəza şəraiti yaratdılar
“Azərbaycan” İES-də baş vermiş qəza ilə bağlı xarici ekspert qrupunun ilkin rəyi açıqlanıb
Daha bir minik avtomobili avtobusa qəza şəraiti yaratdı - VİDEO
Dağıstanda ağır qəza olub, ölən və yaralananların hamısı azərbaycanlıdır