Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi

Azərbaycanda 100 hektar ərazini yanğın bürüyüb

28
(Yenilənib 17:23 31.07.2018)
İlkin hesablamalara görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb

BAKI, 31 iyul — Sputnik. Altıağac Milli parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində 30 iyul 2018-ci il tarixində gecə saatlarında söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O, bildirib ki, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstəriblər. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir. 

İlkin hesablamalara görə yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb.

Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı tərəfindən müvafiq sənədləşmə işləri aparılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, 28 iyul 2018-ci il tarixində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçmişdi.

28
Teqlər:
Altıağac Milli Parkı, Yanğın, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İradə İbrahimova, Siyəzən rayonu
Əlaqədar
Bakıda məşhur biznes mərkəzində yanğın olub
Şimal bölgəsində tüğyan edən yanğının bir hissəsi söndürülüb
Meşə yanğınlarının miqyası böyüyür...
Güclü yanğınlarla bağlı vətəndaşlara çağırış-xəbərdarlıq edilir
Xırdalanda yanğın, arxıv şəkli

Xırdalan yenə qara tüstüyə büründü - VİDEO - FOTO

81
(Yenilənib 15:40 08.08.2020)
İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb

BAKI, 8 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

© Sputnik /
Xırdalanda yanğın

Sputnik Azərbaycan-ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

81
Hamilə qadın, arxiv şəkli

Sumqayıtda qan donduran hadisə - hamilə arvadını dənizdə boğdu

89
(Yenilənib 14:05 08.08.2020)
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir

BAKI, 8 avqust — Sputnik. Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

89
Əlaqədar
Goranboyda qadını qətlə yetirən şəxs saxlanıldı
Qazax səhəri atəş səsi ilə açdı – Bu dəfə ər arvadını güllələyib
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Bakıda ev sahibini öldürən kirayənişin tutuldu
Abşerondakı kütləvi davada ölü və yaralı sayı artıb
Gənələr

zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

0
Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir. 

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur. 

0
Əlaqədar
Koronavirusu spreylə dayandıracaqlar
Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Ultrabənövşəyi şüa koronavirusu öldürür
Spirt və xlor ən effektiv vasitədir