Caspian Plazada yanğın

Bakıda məşhur biznes mərkəzində yanğın olub

5416
(Yenilənib 12:05 31.07.2018)
Biznes mərkəzi boşaldılıb, içəridə olanların hamısı təxliyə edilib

BAKI, 31 iyul — Sputnik. Bakıda "Caspian Plaza" biznes mərkəzində yanğın baş verib. Bu barədə Sputnik Azərbaycan-a hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, yanğın binanın şaxtasında başlayıb. Hadisə şahidlərinin bildirdiklərinə görə, hazırda biznes mərkəzi boşaldılıb. İçəridə olanların hamısı təxliyə edilib.

"Bilmədik, nə oldu, əvvəlcə internet kəsildi, sonra mərkəzin elektrik sistemini söndürdülər. Deyirlər, ciddi bir şey yoxdur. Ancaq məlumata görə, yanğın birinci korpusun şaxtasında baş verib" — deyə şahidlər bildiriblər.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə dəstələri cəlb edilib. Onların səyi nəticəsində yanğın söndürülüb.

Şahidlərin verdikləri məlumata görə, binanın şaxtasında başlayana yanğın nəticəsində elektrik kabelleri yanıb. Binanın içərisinə tüstü və qoxu yayılıb. 

Hazırda binada elektrik enerjisi və internet yoxdur. Binada çalışan əməkdaşları da içəri buraxmırlar.

5416
Teqlər:
"Caspian Plaza" biznes mərkəzi, şahid, Bakı, hadisə, yanğın
Əlaqədar
Şimal bölgəsində tüğyan edən yanğının bir hissəsi söndürülüb
Bərdədə məskunlaşmış məcburi köçkünün evini kim yandırmaq istəyir?
Meşə yanğınlarının miqyası böyüyür...
Güclü yanğınlarla bağlı vətəndaşlara çağırış-xəbərdarlıq edilir