Məişət tullantıları

Paytaxtda bələdiyyə sədri sərt cəzalandırılıb

101
(Yenilənib 10:05 30.07.2018)
Bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib

BAKI, 30 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı əraziyə cavabdeh Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

101
Teqlər:
tullantı, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna "məcburi göstəriş" verdi
Nabrandakı tanınmış istirahət mərkəzlərinə məcburi göstəriş verildi
Qandal, arxiv şəkli

XİN-in üç məsul şəxsi həbs edildi - rüşvətə görə

0
Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 10 iyul — Sputnik. Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilb.

DTX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

0
Əlaqədar
XİN-də həbs edilənlərdən biri məşhur müğənnimizin atası imiş - FOTO
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir
DTX Xarici İşlər Nazirliyinə kim üçün getmişdi? - VİDEO
Sərhəd Xidmətinin 6 yüksək rütbəli zabiti həbs edildi
Ağstafa polisində kütləvi təmizləmə - Rəhbər heyət işdən çıxarıldı
Zəncir

Azərbaycanda qızını zəncirləyib döyən ata tutuldu

14
(Yenilənib 16:14 10.07.2020)
Ata qızının yüngül həyat tərzi keçirməsindən şübhələnərək onu yaşadıqları evdə zəncirlə bağlayıb döyürmüş

BAKI, 10 iyul — Sputnik. İyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalarla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 2013-cü ildən ailəsindən boşanaraq onunla birlikdə yaşayan, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın yüngül həyat tərzi keçirməsindən şübhələndiyinə görə cari il aprelin 2-dən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evin yataq otağında zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

14