Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaşanır

Paytaxtın girişində gözlənilən oldu, insanlar təlaşda - FOTO

13234
Bakının Sumqayıt istiqamətindən girişində ciddi problem yaşanır

BAKI, 28 iyul — Sputnik. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı yolun bağlanması bu istiqamətdə ciddi problemlərə səbəb olub.

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaşanır
© Sputnik / Rahim Zakiroğlu
Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaşanır

Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinin sözlərində görə, hazırda Bakı-Sumqayıt yolunda hərəkət tam olaraq dayanıb. Sərnişinlər avtobuslardan düşərək Beynəlxalq Avtovağzala və "Avtovağzal" metro stansiyasına piyada getməyə məcbudurlar.

13234