Baş Prokurorluq

Tikintidəki faciəvi olayla bağlı cinayət işi açıldı

61
Abşeronda fəhlənin yanaraq ölməsi ilə əlaqədar cinayət işi açılıb

BAKI, 27 iyul — Sputnik. Abşeron rayonunda, “SEN İnşaat” MMC-nin ərazisində baş vermiş ölümlə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 25-də, saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilib və iyulun 26-da orada vəfat edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

61
Əlaqədar
DİN-dən həyəcanverici açıqlama: Ölkədə rekord həddə cinayət törədilib
Ən azı 860 cinayət: Londonda böyük əməliyyat keçirildi
İlham Əliyevdən sərt və konkret mesajlar: "Dövlətçiliyə qarşı cinayət törədilib"
DİN əməkdaşları iki cinayət faktının üstünü açıblar