Bakı

Bakıda Əməkdar mədəniyyət xadiminin skeleti tapılıb

468
(Yenilənib 17:53 27.07.2018)
Qalın divarlar qonşulara mədəniyyət xadiminin ölümündən xəbər tutmağa imkan verməyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Bakının Səbail rayonu ərazisindəki mənzillərin birindən əməkdar mədəniyyət işçisinin skeleti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Hadisənin baş verdiyi ünvan Üzeyir Hacıbəyov küçəsindəki 33/35 nömrəli evdir. İyulun 26-da gecə saatlarında bu evdəki mənzillərdən birində 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovnanın qalıqları tapılıb. Ekspertizanın ilkin rəyinə görə, Kosyançuk ilyarım əvvəl ölüb. 

Qonşuların sözlərinə görə, Kosyançuk tək yaşayıb. Son illərdə qapalı həyat tərzi keçirib və uzun müddət evdən çıxmayıb. Onlar düşünüblər ki, yəqin qadın mənzilini sataraq Rusiyaya doğmalarının yanına gedib.

20-ci əsrin əvvəllərində tikilmiş köhnə evlərin qalın divarları, çürümüş cəsədin iyinin ətrafa yayılmasına imkan verməyib və buna görə qonşular heç nədən şübhələnməyiblər. Cəsəd sahə həkimi öz ərazisini yoxlayarkən üzə çıxıb.

Bununla yanaşı, məlum olub ki, Kosyançuk Əməkdar mədəniyyət xadimidir. 2007-ci ildə prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona fəxri ad verib. Yeri gəlmişkən, Kosyançuk yaşadığı və cəsədinin aşkarlandığı ev də vaxtilə ona dövlət başçısı tərəfindən hədiyyə edilib.

468
Əlaqədar
İtkin düşmüş uşağın cəsədi idman çantasından tapıldı
Axtarışlar nəticə verdi, Elnurun cəsədi tapıldı
Alpinistlərin cəsədləri ailələrinə təhvil verilib
Qubada itkin düşmüş alpinistlərin cəsədi tapıldı