Sumqayıt-Bakı yolu

Bakıda bir neçə marşrut xəttinin istiqaməti dəyişdirilir

105
(Yenilənib 17:59 27.07.2018)
Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək

BAKI, 27 iyul — Sputnik. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişikliyə əsasən, şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.

Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.

67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.

105
Əlaqədar
İyulun 21-dən iki marşrut xətti ləğv ediləcək
Bir marşrut xətti də “BakuBus”a verildi
Bakının iki ən problemli marşrutu "BakuBus"a verildi
Diqqətli olun: Bakıda 7 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi
Sərnişinlərin müraciəti nəzərə alındı, yeni marşrut açıldı