Daxili İşlər Nazirliyi

DİN-dən həyəcanverici açıqlama: Ölkədə rekord həddə cinayət törədilib

153
(Yenilənib 10:06 30.07.2018)
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib

BAKI, 27 iyul — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb. Onların da 20-si "isti izlər"lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin də açılması təmin olunub. Qeyd edək ki, bu, son aylarda sutka ərzində qeydə alınmış ən yüksək göstəricidir.

Axtarışda olduğuna görə, ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Habelə, cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

153
Teqlər:
cinayət faktı, daxili işlər orqanları, Daxili İşlər Nazirliyi, respublika
Əlaqədar
Bakıda şok effekti yaradan hadisə ilə bağlı cinayət işi açıldı - VİDEO
İlham Əliyevdən sərt və konkret mesajlar: "Dövlətçiliyə qarşı cinayət törədilib"
Gəncə cinayətkarları kimlərdir: Ana qatili, radikal ünsür, arvadını öldürən şəxs...