Təcili yardım avtomobili

Sumqayıtda partlayış baş verib, həlak olan var

13140
(Yenilənib 10:26 26.07.2018)
Partlayış zamanı Ağaməli Qurbanovun bədəninin 85 faizi yanıb

BAKI, 26 iyul — Sputnik. Dünən axşam saat 17.30 radələrində Sumqayıtda fəaliyyət göstərən polad emalı sexlərindən birində partlayış olub. Sputnik Azərbaycan xəbər verir ki, partlayış benzin çəni doğranarkən baş verib.

Hadisə zamanı 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Bu gün səhər 8.30 radələrində isə xəstə xəstəxanada dünyasını dəyişib.

Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, partlayış zamanı Ağaməli Qurbanovun bədəninin 85 faizi yanıb.

Onun Masallı rayon sakini olduğu və Sumqayıtda kirayə yaşadığı bildirilir.

13140
Teqlər:
Qurbanov Ağaməli Mirzəbala oğlu, polad emalı sexi, Partlayış, yanıq, Sumqayıt
Əlaqədar
Yerevanda partlayış olub, yaralılar var
Görüş zamanı partlayış törədildi, onlarla insan həlak oldu
Bakıda partlayış zamanı ölən və yaralananların adları bilindi