Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada arzuolunmaz hadisə baş verib

© Şahpəri Abbasova/SputnikZaqatala yolu
Zaqatala yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda hadisənin səbəbləri araşdırılır

BAKI, 24 iyul — Sputnik. Ötən gecə Zaqatala rayonunun Muxax kəndində xoşagəlməz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sözügedən kəndin inzibati ərazisindəki sığınacaqda yaşayan rayon sakini, 1983-cü il təvəllüdlü Zülfüqar Məmmədov sol bilək nahiyəsini kəsici alətlə kəsib.

Xəsarət almış şəxs Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti
0