Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda müəmma davam edir, itlər itən uşağın izinə düşə bilmir

© Sputnik / Irade JELILKinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir
Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
"Bazar günü hadisə baş verən ərazidə yağış yağıb, ola bilsin, kinoloji xidmətin itləri bu səbəbdən uşağın izlərini tapa bilmir"

BAKI, 23 iyul — Sputnik. Xaçmaz rayonunda bazar günü itkin düşmüş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir. Kinoloqlar hələ də uşağın izinə düşə bilməyiblər. Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Rayon Polis Şöbəsindən məlumat verilib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları uşağın sağ olduğundan və meşə zolağında azdığından əmindir.

Xal-xal şəlaləsinin yaxınlığındakı istirahət mərkəzi - Sputnik Azərbaycan
Azərbaycanın məşhur bölgəsində iki nazirlik birgə əməliyyat aparır

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin yaydığı məlumata görə, iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Bununla yanaşı, Xaçmaz RPŞ-dən verilən məlumata görə, uşaq günorta saatlarında "Mayak" istirahət zonası ərazisində itkin düşüb. Uşaq orada Bakıdan gəlmiş nənə və babası ilə birlikdə dincəlirmiş.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, uşaq sağdır və meşənin hansısa hissəsində azıb qalıb. Uşağın dənizdə bata biləcəyi barədə versiya isə inandırıcı deyil. Polislərin dediyinə görə, əgər belə olsaydı, dalğa uşağın cəsədini indiyə qədər sahilə atardı. Hələlik xoşbəxtlikdən sahil-mühafizə xidmətində belə bir məlumat yoxdur.

"Elə bir ehtimal da yoxdur ki, uşaq dənizə doğru getsin. İş ondadır ki, bazar günü hadisə baş verən ərazidə yağış yağıb. Ola bilsin, kinoloji xidmətin itləri bu səbəbdən uşağın izlərini tapa bilmir" — deyə Xaçmaz RPŞ-dən bildiriblər.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri uşağın axtarışını həyata keçirilr. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də uşağın axtarışılarına qoşulub.

Xatırladaq ki, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqriq kəndində də analoji hadisə baş vermişdi. O zaman 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdü. Uşaq iki gün sonra meşədən sağ-salamat tapılmışdı.

Xəbər lenti
0