Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Lənkəranda hamilə qadın dünyasını dəyişib. Sptunik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Lənkəran şəhərində baş verib.
1998-ci il təvəllüdlü və 16 həftəlik hamilə olan Lənkəran şəhər sakini Günay İbrahimova evində hamiləlikdən qurtulmaq (abort) üçün dərman qəbul edib. Qəbul etdiyi dərman 20 yaşlı qadına və bətinindəki körpəyə pis təsir edib. Bu problemlə əlaqədar xəstəxanaya üz tutduqlarında isə artıq gec olub və nəticədə qadın bətnindəki körpə ilə birlikdə vəfat edib.
Mərhum G.İbrahimovanın meyiti müayinə olunması üçün aidiyyatı qurumlara təhvil verilib. Hazırda fakt araşdırılır.
BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.
Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.
BAKI, 20 aprel — Sputnik. İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparıblar və onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
BAKI, 21 aprel — Sputnik. Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.
Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.
Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!