Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Kürdəmirdə dəhşət baş verdi, ögey ata 5 yaşlı uşağı döyüb öldürdü

486
(Yenilənib 15:56 22.07.2018)
Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib

BAKI, 22 iyul — Sputnik. Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb. 

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb. 

Belə ki, Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib.

Bir neçə gün əvvəl fermada Muradın bədənində yaranan əziklər uşağın qızdırmasına səbəb olub. Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib. Uşağın anası Sevanə Yaqubovanın sözlərinə görə, dəfələrlə uşağı həkimə aparmağı desə də, ögey ata hər dəfə ona öz etirazını bildirib və uşağın müalicə və müayinəsinə imkan verməyib. 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs Abdullayev Abdulla İnqlab oğlu şübhəli şəxs qismində tutulub.

486
Teqlər:
oğulluq, ögey ata, Kürdəmir rayonu, döyülmə, ölüm, uşaq, həbs
 Bıçaq əlində kişi, arxiv şəkil

Bakıda 31 yaşlı qadını bıçaqladılar

23
(Yenilənib 21:54 01.03.2021)
1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

BAKI, 1 mart - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

23

Xətai rayonunda 22 yaşlı oğlan qətlə yetirilib

18
(Yenilənib 19:30 01.03.2021)
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 1 mart - Sputnik. Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

18
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

322
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

322