Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda dəhşət yaşandı: Ana övladının intihar etdiyi binadan özünü atdı

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır

BAKI, 21 iyul — Sputnik. Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə şəhər ərazində yerləşən ondördmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, may ayının ortalarında Sumqayıtda bir-birinin ardınca iki intihar hadisəsi baş verib. Keçirilən imtahanda kifayət qədər bal toplamayan 2 gənc özünü binadan yerə atıb.

Xəbər lenti
0