DTX-nin əməkdaşları

Gəncə hadisələri ilə bağlı daha 1 nəfər öldürülüb

11297
(Yenilənib 14:07 21.07.2018)
Əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib

BAKI, 21 iyul — Sputnik. İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

Cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. A.Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərəkən cavab tədbiri olaraq məhv edilib.

Anar Bağırov
© Photo : DTX-nin mətbuat xidməti
Anar Bağırov

Hadisə yeri və meyitə baxış zamanı A.Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11297
Teqlər:
birgə məlumat, müqavimət, tapança, "Makarov", Gəncə şəhəri, Dövlət Təhlükəsizliyi Xidməti, Cinayət Məcəlləsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, həbs qətimkan tədbiri
Əlaqədar
Gəncə olayları ilə bağlı həbslər davam edir, daha 7 nəfər tutuldu
Gəncə terrorçusunun hansı şəraitdə öldürüldüyü bilindi
Sumqayıtda xüsusi əməliyyat: Gəncə ssenarisinin qarşısı alındı
Rəsmi Tehran Gəncədə baş verən terror aktı və "İran izi" ittihamına reaksiya verdi
Gəncə terrorunun təşkilatçısının adı və fotosu açıqlandı
Gəncə hadisələri xəbər istehsalçılarının problemlərini ortaya çıxardı
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

77
(Yenilənib 22:09 03.03.2021)
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

77
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam

Dağıstanda vəhşi quşlar naməlum səbəbdən qırılır

9
(Yenilənib 19:06 03.03.2021)
Yerli balıqçılar deyirlər ki, torları daha dərinə salmağa məcbur olublar, çünki balıqdan çox quş leşi ovlayırlar

BAKI, 3 mart - Sputnik. Dağıstanın Aqraxan və Mahaçqala yaxınlığındakı "Qarışqa yuvası" körfəzlərində vəhşi quşların kütləvi surətdə qırılması qeydə alınıb.

Bu barədə RİA Novosti-yə Xəzər Təbiəti Mühafizə Mərkəzinin rəhbəri Zaur Qazipov bildirib. 

Quşların leşini ilk olaraq həvəskar balıqçı Ömər Əliyev aşkarlayıb. O, sosial şəbəkədə video və foto paylaşaraq ekoloqlarla hökumət nümayəndələrinin diqqətiniu cəlb edib.

"Aqraxan körfəzində ördək və qu quşlarının kütləvi surətdə ölməsi barədə bizə məlumat daxil oldu. Sahil patrulunu, Mərkəzin alim və əməkdaşlarını, eləcədə DDU-nun Ekologiya və Davamlı İnkişaf İnstitutunun mütəxəssislərini əraziyə göndərdik. "Qarışqa yuvası"nda bir neçə cür ov quşu, ördəklərlə qu quşları ölüb. Onlardan laboratoriya analizləri üçün bioloji material götürülüb. Bir neçə versiyanı gözdən keçiririk: ya brakonyerlər vurublar, ya da zəhərlənmə, xəstəlik olub", - Qazipov deyib.

Ömər Əliyev isə hesab edir ki, səbəb suyun bulanıq olmasıdır.

"Aqraxan körfəzi həmişə şəffaf suyu ilə məşhur olub. Bir aydır ki, suyun bulanıqlığı keçmir. Pis qoxu, yaxud da suyun üzündə çirk ləkəsi yoxdur. Quş leşi həddən çoxdur. Yarımcanlar da çırpınaraq can verir. Yerli balıqçılar deyirlər ki, torları daha dərinə salmağa məcbur olublar, çünki balıqdan çox quş leşi ovlayırlar. Ovçular deyirlər ki, quşlar yağlıdır, yəni ölüm səbəbi aclıq deyil", - Əliyev deyir.

9
Teqlər:
ov, qırılma, ölüm, quş, Dağıstan
Rusiyada təcili yardım maşını, arxiv şəkli

Rusiyada koronavirusdan ölümlərin sayı azalmır

0
(Yenilənib 14:43 04.03.2021)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 290 135 -ə çatıb. Rusiyada pandemiya yayılandan 87 823 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 4 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 11 385 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 475 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 290 135 -ə çatıb. Rusiyada pandemiya yayılandan 87 823 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 869 857- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,1 milyonu keçib, 2,55 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

0
Teqlər:
test, Rusiya, Koronavirus, epidemiya, COVID-19