Arif Alışanov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri

AzTV sədrini öldürmək istəyənlərə hökm oxundu

148
(Yenilənib 16:25 20.07.2018)
A. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb

BAKI, 20 iyul — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş. Əkbərov son söz deyib. O, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

A. Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

148
Teqlər:
sui-qəsd, hökm, Arif Alışanov, AzTV, Bakı Ağır Cinayətlər Məhkəməsi
Əlaqədar
AzTV-nin rəhbəri məhkəməyə gəlmədi
Tanınmış rejissor AzTV-dən Avropa Məhkəməsinə şikayət edib
Bu dəfə AzTV rəhbəri gündəm oldu - İlginc
Marixuana nümunələri, arxiv şəkli

Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

1
(Yenilənib 21:22 27.05.2020)
Rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

BAKI, 27 may — Sputnik. “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1
İt döyüşü

İtləri bir-birlərinə yedirdənlərin kimliyi məlum oldu

24
(Yenilənib 19:53 27.05.2020)
Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir

BAKI, 27 may — Sputnik. Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat katibi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: "Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir. Yekun qərar olduqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib. 

Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin “Pitbull” fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

24
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

5
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

5