Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, Şərur MTK-ya məxsus bina

"Könlünə ölüm düşən hər kəs buraya üz tutur" - Dəhşət yaşanan məkan barədə yeni faktlar

16638
(Yenilənib 14:28 18.07.2018)
"Anası da hadisə yerinə gəlmişdi, qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada intihar hadisəsi baş verib. Belə ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

İntiharın baş verdiyi 24 B saylı binanın sakinləri hadisə ilə bağlı Sputnik Azərbaycan-a yeni məlumatlar veriblər. Onların sözlərinə görə, "yoldan keçən", "könlünə ölmək düşən" hər kəs bu binaya üz tutur: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır".

Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, "İnşaatçılar" metrostansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb".

Nərgiz Vəliyevanın binaya tək daxil olduğunu sübut edən kadr
© Photo : Bina sakini tərəfindən təqdim olunub
Nərgiz Vəliyevanın binaya tək daxil olduğunu sübut edən kadr

"Qız yerə düşəndə əynində paltarının olmadığı görünsə də, görünür, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi" — deyə bina sakini bildiriblər.

Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti bir saata yaxın yerdə qalıb: "Heç kim üstünü örtmürdü. Camaat kiçik uşaqları ilə gəlib meyitə baxırdı. Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu".

Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi, kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur".

Sputnik Azərbaycan-ın əməkdaşı binanın komendantı Toğrul Kətanovla da əlaqə saxlayıb. O bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib".

T.Kətanovun sözlərinə görə, bina iki ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq".

Komendant, həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə, o, bu məsələlərə müdaxilə edə bilmir.

Yasamal Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə isə, qız mənzildə tək olmayıb: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır".

16638
Teqlər:
Nərgiz Vəliyeva, "Şərur" MTK, paltar, müşahidə kamerası, mərtəbə, kirayə, Yasamal rayonu, Bakı şəhəri, Sputnik Azərbaycan, sakin, bina, intihar, qız, meyit, hadisə, ev
Əlaqədar
Bakıda intiharların qarşısı alındı: Qadın və kişi son anda xilas edildilər
Bakıda dəhşətli intiharın qarşısı alındı, xanım xilas etdi
Bakının mərkəzində gənc oğlan intihar etdi
Bakıda intihar zənciri: Vəziyyət çox vahiməlidir
Kəbədə inanılmaz olay: Zəvvar hamının gözü qarşısında intihar etdi - VİDEO
Danimarka millisinin futbolçusu Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə oyunda huşunu itirib

Huşunu itirən futbolçu Erikssen hospitalda, vəziyyəti sabitdir

13
(Yenilənib 23:12 12.06.2021)
Danimarka yığmasının AVRO-2020-dəki lideri Kristian Erikssen Kopenhagenin tibb müəssisəsinə çatdırılıb.

Futbol üzrə Avropa çempionatında Finlandiya ilə oyunda huşunu itirən Danimarka millisinin oyunçusu Kristian Erikssen hospitaldadlr, vəziyyəti sabitləşir. Bu barədə UEFA-nın Twitter-dəki rəsmi hesabında bildirilir.

Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra futbolçunu xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

"Oyunçu hospitala çatdırılıb, vəziyyəti sabitləşir", - məlumatda deyilir.

Hazırda oyun dayandırılıb, bildirilir ki, komandaların nümayəndələri və hakimlərin iştirakı ilə təcili iclas keçirilir. Sonrakı məlumat 21:45-də (Bakı vaxtı ilə) veriləcək.

 

13
Azərbaycan manatı, arxiv şəkli

"Adam oğurluğu-2" - Qadının sərvaxtlığı ərini qurtardı

12
(Yenilənib 15:25 12.06.2021)
Bakıda qadının ərini oğurlayıb, onu döyən iki nəfər zəng vuraraq əməli borc üstündə törətdiklərini deyiblər. Üstəlik, 3700 manatlıq borc 5000-ə qaldırılıb.

 

BAKI, 12 iyun — Sputnik. Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib, Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Şirinzadə və M.Məmmədov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Eyni cinayət, fərqli məbləğ

Qeyd edək ki, bu, adam oğurluğu ilə bağlı son günlərdə baş verən yeganə hadisə deyil. İyunun 8-də saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət edib.

Birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərib. Seyidovdan oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb edib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Anar Mehdiyev və Rafiq Hüseynov CM-nin qeyd edilən maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Eləcə də oxuyun:

  • Polisin güllələdiyi qadının ölümü ilə əlaqədar cinayət işi açılıb

  • Günün hadisələri: yaralanan, qayda pozan, qaçırılan, pul mənimsəyənlər...

  • Prokurorluq əməliyyat zamanı dünyasını dəyişən şəxslə bağlı məlumat yaydı

12
Teqlər:
cinayət, adam oğurluğu, oğurluq
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0