Dəniz sahili

Xəzər dənizinin hasarlanmasının qarşısı alınacaq

50
(Yenilənib 15:56 18.07.2018)
ƏMDK: Shilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü və ictimaiyyətin istirahət hüquqlarını pozur

BAKI, 18 iyul — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir. Bu barədə Sputnik Azərbaycan-a Komitədən məlumat verilib. Bildirilib ki, Xəzər dənizinin mühafizə zolağındakı torpaqların monitorinqi aparılıb, qanun pozuntuları aşkarlanıb.

Məlumatda qeyd edilir ki, reydlər nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirilib. Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Belə ki, monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması aşkar edilmişdir. Həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.

"Monitorinqlər zamanı bəzi torpaq istifadəçiləri tərəfindən sənədlər təqdim olunmadığına görə Xəzəryanı rayon (şəhər) icra hakimiyyəti başçılarına sənədlərin əldə edilməsinə köməklik göstərilməsi barədə müraciətlər göndərilib. Həmin şəxslərə qarşı cərimələr tətbiq olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib. Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə 30 bildiriş (xəbərdarlıq) verilib, 23 hal üzrə sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə tərəfindən 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib" — deyə məlumatda bildirilir.

Reydlər zamanı Xəzər dənizi sahilinə Xətai rayonu Naximov küçəsində torpaqların tökülərək ərazinin qanunsuz olaraq genişləndirilməsi halları da aşkar edilib. Bununla bağlı 47 hal müəyyən olunub. Sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub.

Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət məqsədi ilə istifadə hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir: "Nəticədə vətəndaşların narazılıqlarının yaranmasına gətirib çıxarır. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü və ictimaiyyətin istirahət hüquqlarını pozur. Bu isə eyni zamanda turizmin inkişafı baxımından mənfi fəsadlara gətirib çıxarır".

"Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Bu kimi halların qarşısının alınması üçün inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri də aparılır. Qarşıdakı dövrdə belə pozuntuların baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcək" — ƏMDK bəyan edir.

50
Teqlər:
mühafizə zolağı, Torpaq Məcəlləsi, ƏMDK, Xəzər dənizi, Əmlak Məsələləri Dövlət Komitəsi, reyd, qanun, məlumat
Əlaqədar
Xəzərin taleyinin həll olunacağı gün bəlli oldu
Daha iki nəfər Xəzərin qurbanı oldu
Xəzər ölüm dənizinə çevrilir: Bir gündə 3 nəfər batdı
Xəzər dənizində böyük ekoloji insidentin səbəbi açıqlandı
Politoloq: “Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır”
Bıçaq, arxiv şəkli

Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər

4
(Yenilənib 11:20 09.07.2020)
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, şahidlər dindirilib

 

BAKI, 9 iyul — Sputnik. İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyiti aşkar edilib.

Sputnik Azərbaycan Füzulu Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib.

İstintaqla hadisənin zərərçəkmişin həmkəndlisi, 1995-ci il təvəllüdlü Elşad Muradlı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

4
Əlaqədar
Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirildi
Qadın yüksək səslə musiqiyə qulaq asan doqquz yaşlı uşağı öldürüb
Bakıda kriminal avtoritetə hörmət baha oturdu
Tərtərdəki dəhşətli körpə ölümünün pərdəarxası: qarabasma...
Ananı öldürdü, qızını ağır yaraladı: Naftalan səhəri dəhşətli xəbərlə açdı - TƏFƏRRÜAT
Qəbələdə Tikanlı kəndi yaxınlığında Şahdağ Milli Parkın ərazisində yanğın

Turizm bölgəsində baş verən yanğın söndürülüb

12
Qəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində baş vermiş yanğın artıq söndürülüb.

BAKI, 8 iyul — Sputnik. Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

© Sputnik / Ilham Ahmadov
Qəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində yanğın

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

12
Qəbələdə yağışın yaratdıığı fəsadlar

İstidən bişənlərə müjdə: yağış yağacaq

0
(Yenilənib 13:35 09.07.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 9 iyul — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

10 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
leysan, yağış, hava proqnozu, hava