Nəsimi rayonu ərazisində çökmüş yol

Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO

676
(Yenilənib 11:47 15.07.2018)
Hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib

BAKI, 15 iyul — Sputnik. Paytaxtın Nəsimi rayonu ərazisində avtomobil yolu çöküb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə gecə saatlarında C.Məmmədquluzadə küçəsinin Bakı metropoliteninin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

Hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib.

Nəsimi rayonu ərazisində çökmüş yol
© Photo : AAY DA mətbuat xidməti
Nəsimi rayonu ərazisində çökmüş yol

Ərazidə olan sakinlər əlavə hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışını qadağan edən yol nişanları düzüblər. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, aidiyyəti qurumların nümayəndələri qəza yerinə cəlb olunub.

Məlum olub ki, çöküntünün dərinliyi təxminən 8 metrdir.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Ötən gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir: "Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".

676
Teqlər:
qazıntı işləri, çökmə, ziyan, avtomobil yolu, Nəsimi rayonu, Metropoliten, avtomobil