Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlanlar həyətlərə dolub

Abunə olmaq
Şimal-qərb bölgəsində ilan sancması halları durmadan artır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,13 iyul— Sputnik. Bu yay Azərbaycanda, xüsusilə şimal-qərb bölgəsində ilan sancması halları erkən başlayıb. Artıq demək olar ki, hər gün bir insanı ilan sancır.

Bu dəfə ilan sancması hadisəsi Şəkidə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə rayonun Cəyirli kənd sakini, 2008-ci il təvəllüdlü Dinar Məmmədova tualetə gedən zaman bilmədən ilanı ayaqlayıb.

Nəticədə zəhərli sürünən onun sol ayağının topuq nahiyəsindən sancıb. 10 yaşlı qız dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Xəbər lenti
0