Bakı Ağ Şəhər bulvarı

Bakının mərkəzində şok hadisə - VİDEO

806
(Yenilənib 11:40 13.07.2018)
Müğənni həyəcan siqnalı verdi: "Xahiş edirəm, özünüzü və övladlarınızı qoruyun"

BAKI, 13 iyul — Sputnik. Tanınmış müğənni Elmira (Emma) Ələkbərzadə Bakı bulvarında xoşagəlməz hadisə ilə rastlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat paylaşıb. 

O bildirib ki, dənizkənarı parkın yeni salınmış Bayıl ərazisində gəzərkən böyük qara ilanla qarşılaşıb. Müğənni həmin anları video-lentə alaraq sosial şəbəkələrdə paylaşıb və insanlara xəbərdarlıq edib.

"Bəli, bura Bakıdır! Təzə Bayıl bulvarımız və burada qara rəngli böyük ilanlar var – özü də gürzə. Xahiş edirəm, özünüzü və övladlarınızı qoruyun. Şəxsən mənim üçün bulvar söhbəti bağlandı" — deyə müğənni yazıb.

806
Teqlər:
Elmira (Emma) Ələkbərzadə, Bakı bulvarı, müğənni, ilan
Əlaqədar
İlan, böcək, indi də arı basqınına məruz qalmışıq
İlanlar azmış kimi, zəhərli böcəklər də bu yandan peyda oldu
Azərbaycanda ilan sancmasına dair bədbin proqnoz
Azərbaycanda ilanlar tüğyan edir, özünüzü qoruyun!
Bostanı suvarmağa getdi, nəhəng ilanın qurbanı oldu - FOTO