Binəqədi rayonu

Binəqədi rayonunda xilasetmə əməliyyatı keçirilib

27
(Yenilənib 12:31 12.07.2018)
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər

BAKI, 12 iyul — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

27
Teqlər:
lift, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, kömək, Binəqədi rayonu
Əlaqədar
Bakıda intiharların qarşısı alındı: Qadın və kişi son anda xilas edildilər
Xilasedicilər sudan çıxardılar, həkimlərin əlində öldü
Dəhşətli qəza: Ana oğlunu xilas edə bilmədi, özü xəstəxanalıq oldu