Göygöl rayonu

Göygöldən üzücü xəbər gəldi: Ölənlər yaralananlar var

1427
(Yenilənib 15:47 10.07.2018)
Bir ailənin üç üzvü faciəli şəkildə həyatını itirib, daha dörd nəfər xəstəxanalıq olub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol ayrıcındakı dəmir maneəyə çırpılıb.

Qəza zamanı biri körpə olmaqla 2 nəfər hadisə yerində ölüb. Sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu isə xəstəxanaya çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb. Hər üç şəxsin eyni ailənin üzvləri olduğu bildirilir.

Bundan başqa, 2-si azyaşlı olmaqla daha 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1427
Teqlər:
Balçılı kəndi, Göygöl rayonu, Bakı-Qazax avtomobil yolu, yol qəzası, avtomobil
Əlaqədar
Qardaş ölkədəki dəhşətli qəzada ölənlərin sayı açıqlandı
Yanğın və qəzalar qonşuda onlarla insanın ölümünə səbəb olub – VİDEO
Qəzanın qurbanı qəfildən morqda oyanıb
Bakıda xəsarətsiz yol qəzası baş verdi