Yanğınsöndürmə briqadası

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

103
(Yenilənib 12:45 10.07.2018)
Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

BAKI, 10 iyul — Sputnik. Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

103
Teqlər:
yaşayış binası, Bakı şəhəri, Binəqədi rayonu, yanğın
Əlaqədar
Azərbaycanda daha bir ərazidə yanğın başlayıb
RƏSMİ: Yardımlıdakı meşə yanğınının qarşısı alınıb
Yanğın bölgəsində son vəziyyət