İlan

Şəkidə camaatın qorxduğu oldu

4284
(Yenilənib 13:29 09.07.2018)
Kənd sakini tarlada işləyən zaman ilan onun sağ ayağının baldır nahiyəsindən sancıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Şəkidə tarlada işləyən kəndlini ilan sancıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şirinbulaq kəndində baş verib.

Kənd sakini Fariz Səlimov tarlada işləyən zaman ilan qəfildən onun sağ ayağının baldır nahiyəsindən sancıb. Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 31 yaşlı gəncə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Qeyd edək ki, sözügedən bölgədə havaların quraq keçməsi ilanların artımına səbəb olub. Kənd sakinləri bildirirlər ki, ilanlar, hətta onların evlərinə girir.

4284
Teqlər:
ilansancma, kəndli, Şəki, ilan
Əlaqədar
İlanlar azmış kimi, zəhərli böcəklər də bu yandan peyda oldu
Azərbaycanda ilan sancmasına dair bədbin proqnoz
Azərbaycanda ilanlar tüğyan edir, özünüzü qoruyun!
Bostanı suvarmağa getdi, nəhəng ilanın qurbanı oldu - FOTO
Başı kəsilmiş ilan kişini sancdı
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Samuxda qadını evinə zorla qaytardılar

10
(Yenilənib 11:11 05.12.2020)
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndəriblər.

BAKI, 5 dekabr — Sputnik. Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Nəbiağalı kənd sakini, Aynur Xəlilovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndəriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10
Teqlər:
karantin, polis, Samux, qayda pozuntusu, xəstə, Koronavirus
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Göyçaylı xəstəni polis küçədə tutdu

10
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

10
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Təqvim,  arxiv şəkli

Yeni ildə beş gün olmayacaq

0
(Yenilənib 15:37 05.12.2020)
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq

BAKI, 5 dekabr - Sputnik. 2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.

2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

0
Teqlər:
qeyri-iş günləri, bayram, Yeni il