Şamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər

Azərbaycanda rayon mərkəzində torpaq sürüşdü, küçəboyu evlər uçur

507
(Yenilənib 17:35 06.07.2018)
"Sürüşmə hər gün davam edir. Qorxudan həyətdə gecələməli oluruq ki, ev uçar, altında qalarıq"

İlham Əhmədov,Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Şamaxı şəhərində torpaq sürüşməsi baş verib. Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, hadisə şəhərin Aşıq Məmmədağa küçəsində qeydə alınıb.

Hadisə ötən ay yağan güclü leysan yağışların nəticəsi kimi qiymətləndirilir. Hazırda sürüşmə prosesi davam edir. İndiyədək 4 evə ciddi ziyan dəyib.

Torpaq qatında yaranan iri çatlar evlərə doğru hərərkət edərək evlərin sürüşməsinə səbəb olur. Bu yeni massivdəki evlərin əksəriyyəti hündürlükdə yerləşir. Bu amil də sürüşməyə təkan verib.

  • Şamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər
    Şamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər
    © Sputnik / Ilham Ahmadov

1 / 7
© Sputnik / Ilham Ahmadov
Şamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər

Sürüşməyə məruz qalan Elnur Alpaşayevə məxsu yaşayış evi qəzalı vəziyyətə düşüb. Evin tavanı çöküb və divarlarında 10-15 santimetr enində iri yarğanlar əmələ gəlib.

Alpaşayevin sözlərinə görə, 10 ilə yaxındır bu evdə yaşayır və ilk dəfədir ki, həmin ərazidə torpaq sürüşməsi baş verib: "Sürüşmə hər gün davam edir. Qorxudan həyətdə gecələməli oluruq ki, ev uçar, altında qalarıq".

Sürüşməyə məruz qalan Aşıq Məmmədağa küçəsinin sakinlərindən biri qəzalı vəziyyətə düşən evini artıq tərk edib. Ev sakinlərininin verdikləri məlumata görə, divarda əmələ gələn iri yarğanlardan, hətta evin içinə ilan girib.

Onu da qed edək ki Aşıq Məmmədağa küçəsində yerləşən evlərin hamsi yeni tikilmiş evlərdir.

507
Teqlər:
Aşıq Məmmədağa küçəsi, Şamaxı şəhəri, çat, ərazi, torpaq sürüşməsi, sakin, küçə, ev, qəza
Əlaqədar
Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı
Şamaxıda sürüşmə kabusu: Evlərdə çatlar yaranıb
Başıbəlalı ərazi yenə sürüşdü, yol bağlandı