Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın bölgəsində son vəziyyət

© Photo : ETSN mətbuat xidmətiYardımlı rayonunda yanğın baş vermiş ərazi
Yardımlı rayonunda yanğın baş vermiş ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur

BAKI, 6 iyul — Sputnik. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakininlərinin fədakarlığı nəticəsində iyulun 6-da yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur.

© Photo : ETSN mətbuat xidmətiYardımlı rayonunda yanğın baş vermiş ərazi
Yardımlı rayonunda yanğın baş vermiş ərazi  - Sputnik Azərbaycan
Yardımlı rayonunda yanğın baş vermiş ərazi

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

© Photo : ETSN mətbuat xidmətiYardımlı rayonunda yanğın baş vermiş ərazi
Yardımlı rayonunda yanğın baş vermiş ərazi  - Sputnik Azərbaycan
Yardımlı rayonunda yanğın baş vermiş ərazi

Xatırladaq ki, 5 iyul 2018-ci il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Havaların anomal isti və quru keçməsi, həmçinin küləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.

Xəbər lenti
0