Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

92
(Yenilənib 05:00 06.07.2018)
Yanğın müvafiq bölmələr tərəfindən söndürülüb

BAKI, 6 iyul — Sputnik. Bakıda və İmişli rayonunda yanğın olub. Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın müvafiq bölmələr tərəfindən söndürülüb.

İmişli rayonunun Muradalılı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın müvafiq bölmələr tərəfindən söndürülüb.

92