Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Başıbəlalı elektrik stansiyasında yenə yanğın baş verib

© Photo : FHN mətbuat xidmətiFövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza yerində
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkədə sözügedən yanğından bəhs olunduğu deyilən video-görüntülər yayılıb

BAKI, 5 iyul — Sputnik. Bu gün saat 08:25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES" MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb. Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb.

Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sosial şəbəkədə sözügedən yanğından bəhs olunduğu deyilən video-görüntülər yayılıb. Lakin videonun həqiqətən bu gün səhərki, yoxsa ötən günlərdə baş vermiş olaylara aid olub-olmadığına dair hər hansı rəsmi açıqlama yoxdur.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanı qaranlığa qərq edən Mingəçevir qəzasının qaranlıq tərəfləri aydınlaşdı

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə havaşəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Bunun nəticəsində ölkənin əksər hissəsində iki gün ərzində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanıb, problemlər metropolitenə və su təchizatına da keçib.

Qəza yerində dərhal təmir işlərinə başlanıb. Növbəti gün yenidən qəza baş verib və ölkənin əksər hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Dünən dövlət başçısı məsələ ilə bağlı müşavirə keçirib və lazımi tapşırıqlarını verib. Hazırda iş üzrə yaradılmış Dövlət Komissiyası araşdırma aparır. Proses prezident İlham Əliyevin şəxsən nəzarətindədir.

Xəbər lenti
0