Meşə yanğınının söndürülməsi, arxiv şəkli

Yanğın bölgəsinə yanğınsöndürmə helikopteri təyyarə cəlb olunub

247
(Yenilənib 12:52 05.07.2018)
Meşə zolağında yanğınsöndürmə işləri davam etdirilir

BAKI, 5 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və "BE 200 ÇS" amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir.

247
Teqlər:
FHN, yanğın, meşə zolağı, Şıxlı kəndi, Yardımlı rayonu
Əlaqədar
Azərbaycanda meşə yanğını başlayıb - Həyəcan siqnalı
Bakıda məşhur ticarət məkəzində yanğın olub
Paytaxtın iki rayonunda yanğın baş verib