Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev

Elmar Vəliyev sui-qəsdinin təfərrüatı: Başçı sağdırmı əslində silah kimə məxsus imiş?

15780
(Yenilənib 16:17 04.07.2018)
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının məruz qaldığı silahlı hücum barədə yeni məlumatlar üzə çıxır

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputniк. Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova atəş açıldığı silah axtarışda olub. Bu barədə Sputnik Azərbaycan-a Gəncənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

GŞİH başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd faktı üzrə saxlanılan şəxs öz qurbanlarının baş nahiyəsini hədəf seçib. İlkin məlumata görə, hər iki zərərçəkmiş başından vurulub.

Xatırladaq ki, dünən – iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında bir kişi icra başçısı və onun cangüdənini güllələyib. Əvvəlcə cangüdənin öldüyü barədə informasiyalar yayılsa da, sonra hər iki yaralının yaşadığı məlum olub. Vəliyev Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı 1983-cü il təvəllüdlü yerli sakin Yunis Səfərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri həyata keçirilir.

Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir. Bu barədə Baş Prokurorluq, DİN və DTX-nın birgə məlumatında deyilir. Hadisə ilə bağlı prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Sputnik Azərbaycan-ın əməkdaşı cinayətin açıqlanmayan bəzi təfərrüatlarını əldə edib. Öncə qeyd edək ki, bəzi media orqanları Vəliyevin vəfatına dair məlumat yayıb. Lakin aydın olub ki, məlumat həqiqətə uyğun deyil, Vəliyev sağdır və hazırda Gəncənin Mərkəzi Xəstəxanasındadır.

Ağır yaralı mühafizəçi isə helikopterlə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Vəliyevin palatasının önündə mühafizə var, onun yanına istintaq-əməliyyat qrupunun üzvlərindən başqa heç kimi buraxmırlar.

Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Vəliyev sağdır, lakin onun hansı xəstəxanada olduğunu bilmirlər…

Həmçinin məlum olub ki, Gəncə ŞİH başçısına "Makarov" tapançasından atəş açıblar. Fakt üzrə saxlanılmış Yunis Səfərov artıq bir ildir ki, polis əməkdaşına hücuma görə axtarışda imiş. Səfərovun Gəncə Mühafizə İdarəsinin əməkdaşına hücum edərək ona bir neçə zərbə endirdiyi və onun xidməti silahını götürərək aradan çıxdığı bildirilir.

Hüquq-mühafizə orqanlarında Səfərov barədə məlumat var. Onu radikal islamçılığa meylli şəxs kimi xarakterizə edirlər. Lakin Səfərovun Vəliyevə hücumunun konkret səbəbləri hələlik məlum deyil. Bəzi məlumatlara görə, bu olay Səfərovun qohumları ilə bağlıdır. Məlumat dəqiqləşdirilir.

15780
Teqlər:
Yunis Səfərov, Qasım Aşbazov, Elmar Vəliyev, GŞİH, başçı, mühafizəçi, Gəncə Şəhər İcra Hakimiyyəti, atəş, hüquq-mühafizə orqanları, silah
Əlaqədar
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Yeni icra başçısı əmrlər imzaladı, vəzifə verdiklərini də işdən çıxardı
Azərbaycanlı icra başçısı həbs edildi
Prezident əsas rayonlardan birinə yeni icra başçısı təyin etdi
Qadın, arxiv şəkli

Kafeyə "dəm-dəstgah"la gedən qadını soydular

26
550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin qadın olduğu müəyyən edilib

 

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı araşdırma aparılır.

26
Beyrutda partlayış

Minlərlə insanın yaralanmasına 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

64
(Yenilənib 08:21 05.08.2020)
Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

64
Калькулятор и ручка, фото из архива

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

12
(Yenilənib 19:28 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

12