Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rəsmi qurum vəziyyətdən sui-istifadə edənləri hədələdi

© Sputnik / Murad OrujovBakıda nəqliyyat kollapsı
Bakıda nəqliyyat kollapsı - Sputnik Azərbaycan
Abunə olmaq
BNA: Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cərimələnəcəklər

BAKI, 4 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.

Bunu "Report"a paytaxt sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalanacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək". 

© Photo : BNA mətbuat xidmətiBakıda nəqliyyat kollapsı
Bakıda nəqliyyat kollapsı - Sputnik Azərbaycan
Bakıda nəqliyyat kollapsı

Həmçinin Ağayev bildirib ki, günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə olunur.

"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik", — deyə o bildirib.

Xəbər lenti
0