Qaranlıqda elektrik dirəkləri, arxiv şəkli

Azərbaycanın qəfildən qaranlığa qərq olmasının ilginc səbəbi Özəl

2221
(Yenilənib 15:14 03.07.2018)
Əslində hadisə Sumqayıtdan qaynaqlanıbmış, Mingəçevirdən deyil

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Məlum olduğu kimi, dünən gecə saatlarında qəfildən bütün ölkə ərazisində elektrik enerjisi kəsilib. İnsanlar sosial şəbəkələrdə baş vermiş hadisəni müxtəlif səbəblərlə əsaslandırıblar. Ən çox səsləndirilən iddia ondan ibarət olub ki, elektrik enerjisinin kəsilməsi Mingəçevir SES-də baş vermiş partlayışla əlaqədardır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri baş vermiş hadisənin səbəblərini araşdırıb. Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasından (İES) adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, əslində hadisə Sumqayıtdan qaynaqlanıb.

  • Mingəçevir SES baş vermiş qəzadan sonra
    Mingəçevir SES baş vermiş qəzadan sonra
    © Sputnik / Ilham Mustafa
  • Mingəçevir SES baş vermiş qəzadan sonra
    Mingəçevir SES baş vermiş qəzadan sonra
    © Sputnik / Ilham Mustafa
  • Mingəçevir SES baş vermiş qəzadan sonra
    Mingəçevir SES baş vermiş qəzadan sonra
    © Sputnik / Ilham Mustafa
  • Mingəçevir SES baş vermiş qəzadan sonra
    Mingəçevir SES baş vermiş qəzadan sonra
    © Sputnik / Ilham Mustafa
  • Mingəçevir SES baş vermiş qəzadan sonra
    Mingəçevir SES baş vermiş qəzadan sonra
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Mingəçevir SES baş vermiş qəzadan sonra

Belə ki, Sumqayıt Elektrik Stansiyasının açıq paylayacı qurğusunda yanğın baş verib. Sonradan sistemin gücə düşməsi nəticəsində Mingəçevir İES-də də ötürücülər alovlanıb. Yanğın sonradan bloka keçib və nəticədə bütün ölkə ərazisində işıqların sönməsinə səbəb olub.

Mənbənin sözlərinə görə, Mingəçevir Elektrik Stansiyası Azərbaycanın elektrik enerjisi tələbatının 50%-dən çoxunu ödəyir: "Bu faiz dərəcəsi Mərkəzi Dispetçer Xidmətinin tənzimlənməsinə əsasən təmir, yeniləmə tədbirləri ilə əlaqədar dəyişir".

Ölkənin bütün ərazisində işıqların sönməsini isə mənbəmiz belə izah edib: "Yüksək gərginlikli elektrik xətlərinin birində problem olanda digərlərinə də təsir edir. Nəticədə bütün sistemi çökür. Bu problemin qarşısı vaxtında alananda sistemə təsirini əngəlləmək mümkün olur".

Qeyd edək ki, son durumla bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də rəsmi açıqlama verib. O bildirib ki, gərgin əmək nəticəsində artıq paytaxt Bakı 100%, Azərbaycanın regionları isə 80% elektrik enerjisi ilə təchiz olunub.

2221
Teqlər:
Mingəçevir SES, elektrik enerjisi, işıq, Azərbaycan
Əlaqədar
Məşum gecədə Bakıda nələr yaşanıb?
Əhaliyə suyun verilməsi nə vaxt bərpa olunacaq - RƏSMİ
Rəsmi: Elektrik enerjisinin verilməsi Bakıda 100, regionlarda 80 faiz təmin edilib
Elektrik verilişi hər yerdə bərpa edilir, ölkə normal həyata qayıdır
Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova, arxiv şəkli

Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib

5
(Yenilənib 11:37 30.11.2020)
Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi

BAKI, 30 noyabr — Sputnik. İqor Moiseyev Dövlət Ansamblının keçmiş solisti, dünya şöhrətli sənətkar Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova Bakıda vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Muzey Mərkəzinin direktoru, Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçısı Liana Vəzirova özünün "facebook" səhifəsində deyib.

Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi.

Qeyd edək ki, bu gün ali dövlət ordenləri və beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycan, Rusiya, SSRİ Xalq rəssamı Tahir Salahov ad gününü qeyd edir, onun 91 yaşı tamam oldu.

5
Teqlər:
həyat yoldaşı, Vəfat, xalq rəssamı
Xilasedici, arxiv şəkli

Bakıda iki uşaq suvarma hovuzunda boğuldu

25
(Yenilənib 20:21 29.11.2020)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2 uşağın meyitini su hovuzundan çıxarıb

BAKI, 29 noyabr - Sputnik. Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

25
Co Bayden, arxiv şəkli

Baydendən qadınlara "yaşıl işıq"

0
(Yenilənib 11:57 30.11.2020)
ABŞ tarixində ilk dəfə Ağ Evin mətbuat və ictimaiyytələ əlaqələr xidməti yalnız qadınlardan ibarət olacaq.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın növbəti prezidenti seçilən Co Bayden ölkə tarixində ilk dəfə Ağ Evin mətbuat xidmətinin tamamilə qadınlardan ibarət olacağını bildirib və heyət üzvlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı xəbərə görə, Bayden öz açıqlamasında mətbuat xidmətinin üzvlərini "müxtəlif, istedadlı və təcrübəli" şəklində xarakterizə edib.

O, "Amerika xalqı ilə birbaşa və düzgün formada əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir və bu komandaya Amerika xalqı ilə Ağ Ev arasında əlaqə yaratmaq kimi məsuliyyətli iş həvalə ediləcək", - deyə qeyd edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Cen Psakinin Ağ Evin mətbuat katibi təyin olunduğunu bildiriblər. O hazırda mətbuat və ictimaiyyətlə əlaqələr komandasını toplamaqla məşğuldur. Qeyd edək ki, Psaki Obama administrasiyası dövründə də Ağ Evdə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və bu sahədə başqa məsul vəzifələrdə işləyib.

Baydenin seçki kampaniyasının rəhbərinə müavinlik edən Keyt Bedinfild isə indi Ağ Evin ictimiyyətlə əlaqələr departamentinin direktoru olacaq. Komandanın qalan bütün üzvləri də qadınlardan ibarətdir.

0
Teqlər:
ABŞ prezidenti, Ağ Ev, Co Bayden