Qəza, arxiv şəkli

Bu dəfə qəzaya sürücünün yox, piyadanın sərxoşluğu səbəb oldu

41
(Yenilənib 14:28 03.07.2018)
Bakıda sürücü sərxoş piyadanı vuraraq öldürüb

BAKI, 3 iyul — Sputnik. Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, "DSK" yolu ilə hərəkətdə olan və sürücü Abbasov Əli Əhəd oğlunun idarə etdiyi "10-GT-787" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qarşısına çıxan təxminən 40-45 yaşlı kişini vurub.

Sürücü dərhal yaralını xəstəxanaya çatdırıb. Lakin həkimlər onun yolda öldüyünü bildiriblər. Sürücünün "Report"a verdiyi məlumata görə, piyada sərxoş olub və qaranlıq yolda onun qarşısına qəfil çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

41
Əlaqədar
Qax rayonunda baş verən ağır qəza barədə məlumat yayıldı - RƏSMİ
Lerikdə ağır qəza: Avtomobil dərəyə aşdı
Dəhşətli qəza: Ana oğlunu xilas edə bilmədi, özü xəstəxanalıq oldu
Bir milyonluq avtomobilə oturdu, az sonra qəza törətdi — VİDEO
Bakıda ağır qəza baş verdi, yaralanan var - FOTO
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

9
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

9
Şuşa, arxiv şəkli

Şuşada beşmərtəbəli binada yanğın olub

27
(Yenilənib 10:56 18.01.2021)
Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

BAKI, 18 yanvar - Sputnik. Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

27
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

0
(Yenilənib 17:00 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

0