Bakı-Qazax şosesinin Yevlaxdan keçən hissəsində dəhşətli avtoqəza baş verib

Bakı-Qazax şosesində dəhşətli avtoqəza oldu, 3 nəfər öldü - FOTOLAR

675
(Yenilənib 20:33 30.06.2018)
Hadisə nəticəsində 3 nəfərin öldüyü, xeyli sayda insanın yaralandığı bildirilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Bu gün saat 18.15 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin  məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan "Mercedes Sprinter" mikroavtobusun HOWO markalı yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

Qəza zamanı daha 7 nəfər ağır yaralanaraq Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.

1 / 8
Bakı-Qazax şosesinin Yevlaxdan keçən hissəsində dəhşətli avtoqəza baş verib

Şahidlərin bildirdiyinə görə, hadisə yük maşınının təkərinin partlayaraq idarəetmədən çıxaraq qarşı yol keçməsi nəticəsində baş verib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

675
Əlaqədar
Qax rayonunda baş verən ağır qəza barədə məlumat yayıldı - RƏSMİ
Lerikdə ağır qəza: Avtomobil dərəyə aşdı
Dəhşətli qəza: Ana oğlunu xilas edə bilmədi, özü xəstəxanalıq oldu
Bir milyonluq avtomobilə oturdu, az sonra qəza törətdi — VİDEO