Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qax rayonunda baş verən ağır qəza barədə məlumat yayıldı - RƏSMİ

© Photo : REPORTДТП на автомобильной трассе Баку-Сумгайыт
ДТП на автомобильной трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Qaxda 2 nəfərin öldüyü, 9 nəfər yaralandığı yol qəzası barədə məlumat yayıb

BAKI, 30 iyun — Sputnik. Daxili İşlər Nazirliyi Qax rayonunun Tanqıt kəndi ərazisində 2 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Sputnik Azərbaycan DİN-in saytına istinadən xəbər verir ki, iyunun 29-da saat 10 radələrində Qax rayonunun Tanqıt kəndi ərazisində Zaqatala rayon sakini İlkin Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Qax rayonu Qaratala kənd sakini Fəxri Məmmədlinin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə İ.Əliyev hadisə yerində ölüb, 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Rəhilə Mikayılova orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0