Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalalı "bomj" hər kəsi şoka saldı

© Photo : Nicat IsmailovЗакатальский район. Архивное фото
Закатальский район. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır

BAKI, 29 iyun — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.

Narkotik tərkibli çətənə kollarının məhvi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bir gündə 17 ton narkotik bitki məhv edildi

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, axtarış zamanı rayonun Mosul kəndində qeydiyyatda olan, hazırda Zaqatala şəhəri ərazisində istifadə edilməyən hamamın inzibati binasından sığınacaq kimi istifadə edən, 1965-ci il təvəllüdlü Kamil Durmuşov şübhəli şəxs qismində saxlanılıb.

Tutulan şəxsin üzərindən 14,14 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səfil həyat sürən rayon sakininin sığınacaq kimi istifadə etdiyi hamam binasında aparılan əməliyyat zamanı onun yatdığı çarpayının altından isə 480 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar davam edir.

Xəbər lenti
0