Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəhşətli qəza: Ana oğlunu xilas edə bilmədi, özü xəstəxanalıq oldu

CC0 / PublicDomainPictures / crushДТП в Азербайджане, фото из архива
ДТП в Азербайджане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Salyanda yük avtomobilinin sürücüsü bacısını və onun 4 yaşlı oğlunu vurub, uşaq ölüb

BAKI, 25 iyun — Sputnik. Salyanda yük avtomobilinin sürücüsü ehtiyatsızlıqdan bacısını və onun 4 yaşlı oğlunu vurub.

APA-nın xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə bacısı — 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı — Əli Sahil oğlu Məmmədovu vurub. Zərbədən uşaq hadisə yerində keçinib, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, 4 yaşlı Əli Məmmədov həyətdə oynayarkən hərəkətdə olan maşının qabağına çıxıb. Bu zaman uşağı xilas etmək istəyən anası da yük maşınının altında qalıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.  

Xəbər lenti
0