Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır qəza baş verdi, yaralanan var - FOTO

© Report İABakıda London taksisi piyadanı vurub
Bakıda London taksisi piyadanı vurub - Sputnik Azərbaycan
Abunə olmaq
Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb

BAKI, 23 iyun — Sputnik. Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, metronun Koroğlu stansiyasının yaxınlığında Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməkliyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Xəbər lenti
0