Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qarabağ bölgəsi bu dəfə yeni bəla ilə üzləşdi - FOTOLAR

© Sputnik / Musa MuradlıGüclü küləyin Füzuli rayonunda yaratdığı fəsadlar
Güclü küləyin Füzuli rayonunda yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Əhalinin zəmilərdə biçilməmiş taxılı məhv olub. İcra hakimiyyətinin əməkdaşları hazırda dəyən ziyanı dəqiqləşdirirlər"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 iyun – Sputnik. Ölkəmizdə son günlər baş verən təbii fəlakətlər davam etməkdədir. Zaqataladakı zəlzələnin ardından leysan yağışların yaratdığı sel daşqınlarının bölgədəki dağıntıları, Göyçay rayonunda körpünün çökməsi, Oğuzda daşqınların baş verməsi insanları müşkül duruma salıb,maddi ziyanlara səbəb olmasının ardınca dünən Qarabağ bölgəsini də güclü külək caynağına alıb.

© Sputnik / Musa MuradlıGüclü küləyin Füzuli rayonunda yaratdığı fəsadlar
Güclü küləyin Füzuli rayonunda yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Güclü küləyin Füzuli rayonunda yaratdığı fəsadlar

Belə ki, iyunun 17-də saat 19:00 radələrində başlayan külək ağacları kökündən qopararaq aşırıb, bəzi evlərin dam örtüyünü sıradan çıxarıb. Küləklə bərabər güclü yağışın düşməsi fəsadları bir az da ağırlaşdırıb.

"Güclü külək bir sıra fəsadlara səbəb olub. Ağacları qırıb yollara aşırıb. Gecə Dövlət Yol Polisi və Yuxarı Kürdmahmudlu bələdiyyəsinin əməkdaşları birlikdə bağlanan mağistral yolların ağac qırıntılarından təmizlənməsi ilə məşğul olublar. Külək və leysan yağış əkin sahələrinə də xeyli ziyan vurub" — deyə Füzuli rayon sakini Nəbi Abbasov məlumat verib. 

Yuxarı Kürdmahmudlu kənd bələdiyyəsinin sədri Eynulla Xudiyev də deyilənləri təsdiq edərək küləyin yaratdığı fəsadlardan danışıb. Bildirib ki, külək dayanandan sonra, gecə saat 23-dən başlayaraq səhərə qədər yıxılan ağacları elektrik mişarları vasitəsilə doğrayıblar və hərəkətə mane olan yerləri təmizləyiblər. "Külək elektrik xətlərinə də xeyli ziyan vurub. Əhalinin zəmilərdə biçilməmiş taxılını məhv eləyib. İcra hakimiyyətinin əməkdaşları hazırda dəyən ziyanı dəqiqləşdirirlər" — Eynulla Xudiyev deyib.

© Sputnik / Musa MuradlıŞiddətli külək Füzulidə ağacları yollara aşırıb
Şiddətli külək Füzulidə ağacları yollara aşırıb - Sputnik Azərbaycan
Şiddətli külək Füzulidə ağacları yollara aşırıb

Onu da qeyd edək ki, dünən ölkənin bir sıra bölgələrində güclü külək müşahidə olunub. 

Xəbər lenti
0