Həbs olunan qadın

Cəmiyyətdə parlamentdə qəzəbə səbəb olan şəxs tutuldu

1664
(Yenilənib 11:55 13.06.2018)
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 13 iyun — Sputnik. Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Füruzə Tağıyeva
© Photo : Qafqazinfo
Füruzə Tağıyeva

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio" Uşaq Mərkəzində tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı dünən Milli Məclisin plenar iclasında da narazılıq ifadə olunub. Millət vəkili Fazil Mustafa tərbiyəçinin uşağa qarşı törətdiyi əməlin yolverilməz olduğunu bildirib və faktın dərhal araşdırılmalı olduğunu vurğulayıb.

1664
Teqlər:
uşaq, cinayət işi, Bakı, azyaşlı, zorakılıq, 'Kids Studio' uşaq mərkəzi
Əlaqədar
Uşaq bağçasında yaşanan qalmaqal parlamentə daşındı
Uşaq bağçalarına qəbul qaydaları dəyişdirilir
Oğuzda uşaq bağçası uçdu - FOTOLAR
Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb?
Ölkə gündəmi silkələndi, yenə yaralı yerimiz göynədi
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

2
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

2

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

12
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb. İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanla bitib.

Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

12
Teqlər:
qətl, Türkiyə, qadın