Нож, фото из архива

Həmkəndlisini bıçaqlayan Quba sakini saxlanılıb

37
(Yenilənib 19:21 12.06.2018)
Hadisəni törədən Kamran Ağasıyev əvvəllərdə bir neçə dəfə məhkumluq həyatı yaşayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 11-də gecə saatlarında rayonun Zərdabi kəndinin sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub.

Bu barədə Rayon Polis Şöbəsinin apardığı əməliyyat-axtarış tədbirlərinə nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kəndin sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq polis şöbəsinə aparılıb. Araşdırma zamanı o, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.   

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

37
Əlaqədar
Xırdalanda qanlı olay - Ər arvadını bıçaqladı
Sabirabad sakini özünü ürəyindən bıçaqladı, öldü
Göyçayda şagird dərs vaxtı müəllimini bıçaqladı
Məşhur idmançının ailəsində dəhşət: arvadı bir uşağını boğdu, o birini bıçaqladı
Bunu da gördük: Bibi qardaşı oğlunu bıçaqladı