Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda məşhur müğənni polisə və DYP avtomobilinə xəsarət yetirdi

© Photo : Avtosfer saytı tərəfindən təqdim olunubMüğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə qəza törədib
Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, İnfiniti markalı avtomobillə qəza törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb

BAKI, 7 iyun — Sputnik. Bu gün saat 10.00 radələrində Salyan yolunda, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, tanınmış müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin "99 YP 253" dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub.

© Photo : Avtosfer saytı tərəfindən təqdim olunubMüğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə qəza törədib
Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, İnfiniti markalı avtomobillə qəza törədib - Sputnik Azərbaycan
Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə qəza törədib

Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.

Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Xəbər lenti
0