Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması

Leysan üç rayonumuzu yuyub aparır, bölgədə təbii fəlakət yaşanır

1321
(Yenilənib 17:22 04.06.2018)
Bəzi kəndlərlə tamamilə əlaqə kəsilib, insanlar çarəsiz vəziyyətdə qalıblar

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Artıq üçüncü gündür ki, aramsız yağan güclü leysan yağışları Oğuz rayonu ərazisindən axan dağ çaylarında suyun səviyyəsinin artmasına səbəb olub. Aramsız yağan yağışlar Qalaçay, Türyançay, Daşağılçay, Xalxalçay və Oğuzçayda suyun səviyyəsini bir neçə dəfə artırıb. Nəticədə Türyançay və Qalaçay məcrasını dəyişərək fərdi təsərrüfatlarına, əkin-biçin sahələrinə xeyli zərər vurub.

Sputnik Azərbaycan-a danışan yerli sakinlərin sözlərinə görə, son 10-15 ildə çaylarda suyun səviyyəsi bu həddə çatmayıb. Xüsusən ötən axşamkı leysan yağışlarından sonra Qalaçay və Türyançayda daşqınların əmələ gəlməsi və sel basma təhlükəsi artıb.

Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması
© Sputnik / Ilham Ahmadov
Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması

Belə ki, Türyançayın daşması nəticəsində rayonun Mollalı, Qalaçayın daşması nəticəsində isə Xaçmaz və Xaçmazqışlaq kəndlərində bir sıra fəsadlar əmələ gəlib. Qalaçayın Xaçmazqışlaq kəndinin daxilindən keçən qolunun üzərindəki körpünü də sel-suları dağıdıb. Həmçinin sakinlərin fərdi təsərrüfatlarına xeyli ziyan dəyib.

Selin ən çox ziyan vurduğu kəndlərdən biri də Oğuzun Şirvanlı kəndi olub. Axşam saatlarında yağan yağışın nəticəsində Qala çayı məcrasını dəyişərək kəndə yönəlib. Fəsadlar qaçılmaz olub, həyatyanı sahələr su altında qalıb. Sakinlərə məxsus toyuq-cücə tələf olub, əkin sahələri yarasız vəziyyətə düşüb.

Oğuz Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi isə daşqının yaranmasında sakinləri günahlandırır. Qurumun rəhbəri Nizami Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, kənd təsərrüfatı bitkilərinin suvarılması üçün Yuxarı Qala çayından kəndə kanal çəkilib.

"Sakinlərin hava şəraitini nəzərə almadan kanala su buraxmaları güclü yağışlar zamanı selin yaranmasına səbəb olub", — deyən qurum rəhbəri əraziyə nəzarətin gücləndiriləcəyini də əlavə edib.

Təbii fəlakət nəticəsində bölgədə nəqliyyatın hərəkəti çətinləşib
© Sputnik / Ilham Ahmadov
Təbii fəlakət nəticəsində bölgədə nəqliyyatın hərəkəti çətinləşib

Rayon sakinləri isə N.Əhmədovun dedikləri ilə razılaşmırlar. Bildirirlər ki, aidiyyatı qurumlar tərəfindən mütəmadi olaraq çay məcraları, kanallar təmizlənsəydi, insanlara bu dərəcədə ziyan dəyməzdi. Sakinlərin sözlərinə görə, bununla bağlı səlahiyyətli qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, əraziyə heç kəs əraziyə gəlməyib və əhalinin problemi ilə maraqlanmayıb. Gəldikdə isə sakinlərə boş vədlər verərək ərazini tərk ediblər.

Oğuzdakı vəziyyətin, demək olar ki, eynisi İsmayıllı rayonunda da yaşanıb. Leysan, qasırğa İsmayıllıda və kəndlərində ciddi fəsadlar doğurub. Qasırğanın vurduğu ziyan nəticəsində bir neçə ailə gecəni maşınlarda və ya qohum evlərində gecələməli olub.

İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən yağış nəticəsində magistral yolların kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkəti çətinləşib. Xüsusən də rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Ev və tövlələrin dam örtüyü uçub, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Spuntik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri bildiriblər ki, Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır. Ailələr müvəqqəti yaşamaq üçün həmin çadırlara köçürüləcək. Fövqəladə Hallar Komissiyası tərəfindən kənddə dağılmış evlərə baxış keçirilir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.

Güclü külək nəticəsində magistral yolun kənarındakı ağaclar qırılıb
© Sputnik / Ilham Ahmadov
Güclü külək nəticəsində magistral yolun kənarındakı ağaclar qırılıb

Leysan yağışların fəsadları Qəbələ rayonundan da yan keçməyib. Belə ki, güclü yağan leysan yağışlar nəticəsində rayonun Bum, Qəmərvan, Tikanli, Abrıx və Solqıca kimi 9 kəndi ilə tamamilə əlaqə kəsilib. İnsanların bir hissəsi çayın digər tərəfində çarəsiz halda qalıblar. Hazırda ərazidə ancaq ağır texnika ilə hərəkət etmək mümkündür.

Rayonda, həmçinin 30-dan çox bağ və şəxsi təsərrüfat suyun altında qalıb, fındıq bağları yararsız hala düşüb.

Kənd sakinləri problemin səbəbini Qəbələ Suvarma Sistemləri İdarəsində görür. Spuntik Azərbaycan-a danışan sakinlər bildiriblər ki, əgər vaxtında çay məcrası təmizlənib, bənd vurulsaydı, heç kimin təsərrüfatına ziyan dəyməzdi.

1321
Teqlər:
İsmayıllı rayonu, Qəbələ rayonu, Oğuz rayonu, Sputnik Azərbaycan, kənd, sakin, çay, rayon, leysan, sel, yağış
Əlaqədar
Baş vermiş təbii fəlakətlə bağlı xüsusi qərargah yaradıldı - RƏSMİ
Təbii fəlakət daha bir bölgəni vurdu: İnsanlar evsiz qaldı
Təbii fəlakət Azərbaycanın əsas yollarından birini iflic etdi: Minlərlə maşın yolda qaldı
Bayılda baş verənlər təbii fəlakət deyilmiş - Rəsmi açıqlama
PPX avtomobili, arxiv şəkli

Masallıda koronavirus xəstələri rayonu tərk etmək istərkən saxlanılıb

10
(Yenilənib 16:56 25.11.2020)
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

10
Teqlər:
xəstə, COVID-19, Koronavirus, Masallı
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

13
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

13
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

6
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

6
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma